Haqqımızda
Azərbaycanın nüfuzlu şirkətlərindən olan Cahan Holdinq Açıq Səhmdar Cəmiyyətinin tərkibində 1995-ci ildə qurulmuş “CAHAN SƏNAYE KOMPLEKSİ” MMC hal-hazırda aşağıdakı sahələrdə istehsalat fəaliyyətini davam etdirir.
- PPR boru və əlavə hissələri
- PVC profil və aksesuarları
- Kombi və radiatorlar
“CAHAN SƏNAYE KOMPLEKSİ” MMC 2017-ci ildə investisiya qoyuluşunu sürətləndirmiş və “CAHAN SƏNAYE KOMPLEKSİ” adı altında Naxçıvanda yaradılan 8400 m² qapalı sahədə illik 10 000 ton plastik, 120 000 paqon metr Panel Radiator və 60 000 paqon metr Alüminium Radiator istehsal gücü olan son texnologiya avadanlıqları, beynəlxalq səviyyədə məhsulları ilə bazara “Magna” markası adı altında məhsul təqdim etməyə başlamışdır. Regionun ən mühüm plastik boru və əlavə hissə istehsalçısı mövqeyinə çatmış “Magna”, dünyada bu işin mütəxəssisi olan markalarla əməkdaşlıq çərçivəsində əhəmiyyətli bir addım atmışdır. Regionun inkişafı, insanların rifahı naminə davamlı inkişafı özünə məqsəd seçən “Magna” istehsal etdiyi keyfiyyətli məhsullar və inkişafına təkan verəcəyi texnologiyalarla gələcək illərə inamla və qürurla baxmağa davam edir.


